Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:39

Bakıda orta dəfn xərci - 7 175 manat [Infoqrafika]


Dini İşlər üzrə Dövlət Komitəsinin Azərbaycanda dəbdəbəli yas mərasimlərinə qarşı tövsiyələrinə baxmayaraq, yaxınlarını itirənlər həm də ciddi maddi itkilərlə üz-üzə qalırlar.

Təxmini hesablamalara görə Bakıda dəfn və yas mərasimlərini orta səviyyədə yola vermək üçün 7 175 manat lazımdır. Ailənin imkanlarından asılı olaraq bu xərclər bir qədər azaldıla, və ya dəfələrlə arta da bilər.

Amma Bakıda müşahidələrimizə görə orta standartlarla dəfn, 3, 7 cümə axşamları 40 və il mərasimləri üçün azı 7 min manata ehtiyac olur.

Xərclər bir qədər detallı şəkildə aşağıdakı infoqrafikada: (İnfoqrafikanı böyük ölçüdə görmək üçün şəkli vur)

​Bu dəfn xərclərini adətən ailələr yasa gələn qohum-əqrəbanın, qonaqların yardımları hesabına ödəyirlər.

Çoxları fərqinə varmır, amma dövlətin də dəfn mərasimləri üçün müavinəti var. Yaxınlarını itirənlər Dövlət Sosial Müdafiə Fondundan 120 manat müavinət ala bilərlər. Amma reallıqda ailələrin çoxu bu kiçik məbləğli müavinət üçün ümumiyyətlə həmin Fonda ağız açmırlar.

Aşağıdakı forumda dəfn mərasimləri, onların xərcləri haqqında bildirklərini, görüb-eşitdiklərini yaz, müzakirələrdə sənin də fikrin olsun.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG