Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:35

Ukraynanın şərqində döyüş getdiyi xəbər verilir.

Ukrayna hərbçilərinin sözlərinə görə, separatçılar hökumət qoşunlarının mövqelərini tank, minaatan və artilleriya qurğularından atəşə tuturlar.

Ordunun sözçüsü Andriy Lysenkonun sözlərinə görə, rusiyapərəst separatçılar iyunun 3-dən Ukrayna ordusunun Marinka və Krasnoqorivka yaxınlığındakı mövqelərini ağır silahlar da daxil olmaqla şiddətli atəşə tuturlar.

O Ukrayna ordusunun öz mövqelərində olduğunu qeyd edib.

Marinka separatçıların nəzarətində olan Donetskin 15 kilometrliyində yerləşir.

Separatçıların baş komandanı Eduard Basurin isə toqquşmaların hələ gecə yarısından başlandığını bildirib və buna görə, hökumət qüvvələrini günahlandırıb.

Tərəflər bu ilin fevralında Minskdə atəşkəs razılaşması əldə etsələr də buna tam əməl olunmur.

BMT-nin son məlumatına görə, ötən ilin aprelindən bu yna Ukraynanın şərqində gedən döyüşlərdə 6 400-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG