Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:34

Ötən ilin sentyabrından 10 mindən çox İslam Dövləti yaraqlısı öldürülüb


Antony Blinken

Antony Blinken

Beynəlxalq koalisiya qüvvələrinin ötən ilin sentyabrından İraq və Suriyada İslam Dövləti yaraqlılarına qarşı hərbi kampaniyaya başlamasından bu yana 10 mindən çox yaraqlı öldürülüb.

Bu barədə iyunun 3-də Fransa radiosuna ABŞ Dövlət katibinin müavini Antony Blinken məlumat verib.

Onun sözlərinə görə, yaraqlılarla döyüşdə böyük uğur əldə edilib.

Amma o eyni zamanda qeyd edib ki, İslam Dövləti qrupu hələ də təşəbbüsü əlinə almaq imkanındadır.

İraqın baş naziri Haidar al Abadi bu həftə Parisdə keçirilən beynəlxalq konfransda koalisiya qüvvələrini yaraqlılarla mübarizədə İraq ordusuna lazımınca dəstək göstərməməkdə günahlandırdı.

Yaraqlılar ötən ay İraqın Ramadi şəhərini ələ keçirib.

Hazırda İraq və Suriyanın bir sıra əyalətləri İslam Dövləti qrupunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG