Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:20

Qəribədir, qısa siyahıya düşmüş bu romanlar müəlliflərinin altıncı romanlarıdır.

Atalar altıdan deyib?

Ən yaxşı nəsr əsərinə görə 2015-ci il Baileys Qadın Mükafatının 6 nəfərlik qısa siyahısı açıqlanıb. Siyahıdakıların hamısı tanınmış yazıçılardır, yalnız bir debütant var: “Arılar” adlı ("Fourth Estate" nəşriyyatı) romanıyla Laline Paull.

“Arılar” romanı arı yuvasında cərəyan edir, beş gözü olan həşəratın dilindən nəql edilir.

2012-ci ilə qədər sözügedən mükafat Orange Prize, sonra isə sadəcə "Ən yaxşı nəsr əsərinə görə qadın mükafatı" adlanıb. Bu il mükafatın 20 yaşı olur. Ona dünyanın istənilən yerindən ingilis dilində hər hansı mövzuda nəsr yazan qadınlar əsər göndərə bilərlər.

Mükafat onu qazanana prestijdən əlavə, 30 min funt sterlinq və “Bessie” adlı (heykəltaraş Grizel Nivenin əl işi) bürünc heykəlcik vəd edir.

Bu il qısa siyahıya dörd Britaniya yazıçısı, bir Britaniya-Pakistan yazıçısı və bir amerikalı, "Chatto & Windus" nəşriyyatında çıxmış “A Spool of Blue Thread” (hərfi tərcümədə: Göy sap bobini) romanıyla Anne Tyler düşüb. (Ardı aşağıda)

Siyahıdakı qadınların heç biri əvvəllər mükafat udmayıb, lakin debütant yazıçıdan başqa, hər biri dəfələrlə qısa siyahılara düşüb.

Britaniyanın “Telegraph” qəzeti yazır ki, qəribədir, qısa siyahıya düşmüş bu romanlar müəlliflərinin altıncı romanlarıdır. Sarah Waters-in "Virago" nəşriyyatında çıxmış “The Paying Guests(Karlı qonaqlar), Ali Smith-in "Hamish Hamilton" nəşriyyatında dərc olunmuş "How to be Both" (İkisi də birdən necə olmalı) və Kamila Shamsie-nin "Bloomsbury" nəşriyyatında işıq üzü görmüş "A God in Every Stone" (Hər daşda Tanrı) romanlarının hər birinə qədər müəllifləri beş roman yazıblar.

Bu, qısa siyahıya düşməmiş yazıçılara bir növ təsəlli verir; uğur qazanmaq üçün altı romanlıq vaxtları var.

Bir müəllif - Rachel Cusk hətta səkkizinci romanıyla düşüb qısa siyahıya: "Faber" nəşriyyatında çıxmış "Outline" (Özət) romanı.

Mükafatın qalibi bu axşam elan ediləcək.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG