Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:59

İnterpol ABŞ-ın sorğusu ilə FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı 6 nəfəri beynəlxalq axtarışa verib.

FİFA-nın keçmiş vitse-prezidenti, trinidadlı Jack Warnerlə icra kommitəsinin Paraqvaydan olan keçmiş üzvü Nicolas Leoz də onların arasındadır.

Qalan 4 nəfər isə argentinalı Alejandro Burzaco, Hugo və Mariano Jinkis qardaşları və Braziliyadan olan yayımın icraçı direktoru Jose Marguliesdir.

Onlar korrupsiya və reketçilikdə ittiham olunurlar.

Qeyd edək ki, təşkilatın prezidenti Sepp Blatter iyunun 2-də istefa verib.

O bir sıra dünya ölkələri və futbol qurumlarının etirazına baxmayaraq ötən cümə günü 5-ci müddətə prezident seçilmişdi.

Bu FİFA-nın Sürixdəki ofisinə polis reydi və təşkilatın bir neçə keçmiş və indiki məsul işçilərinin habsindən 2 gün sonra baş vermişdi.

ABŞ Ədliyyə Nazirliyi FİFA-ya qarşı cinayət işi açıb. Amma Blatter FİFA-da korrupsiya hallarından xəbərsiz olduğunu iddia edirdi.

Blatter istefa verəndə deyib ki, onu beşinci dəfə seçən konqresin mandatını qazansa da, dünya futbol icmasının mandatını qazana bilməyib.

Sepp Blatterin istefasını ən çox UEFA və Avropa ölkələrinin futbol federasiyaları tələb edirdirdi və hətta növbəti dünya çempionatının boykot edilə biləcəyinə dair söhbətlər dolaşırdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG