Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:13

Demirtaş: Türkiyə demokratiyasını xilas edə biləcək adam


Selahattin Demirtaş Diyarbəkirdə tərəfdarları qarşısında çıxış edir - 2014

Selahattin Demirtaş Diyarbəkirdə tərəfdarları qarşısında çıxış edir - 2014

-

«Hər kəs Türkiyəni prezident Recep Tayyip Erdoğan-ın əlindən xilas edə biləcək şəxsi – Selahattin Demirtaş-ı görmək istəyir. Gənc tələbələr, çal saqqallı kişilər İstanbuldakı Boğaziçi Universitetinə mühazirə zalına axışırlar. Bütün yerlər tutulub; adamlar döşəmədə oturub, divara söykənib. Demirtaş səhnəyə çıxır və insanlara səslənir: «Bura gəlin, səhnəyə çıxın!». Bunu «Der Speigel»Hasnain Kazim yazır.

Demirtaş Xalq Demokratik Partiyasının (HDP) rəhbəridir. Bu, Demokratik Regionlar Partiyası (BDP) ilə Türkiyə solçu qrupların alyansıdır. O, kürddür, 42 yaşındadır, Diyarbəkirdən insan haqları vəkilidir. Prezidentin rəqibi kimi meydana çıxıb. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətinə son qoyacağına ümid edir.

«Der Spiegel» yazır ki, onun uğur qazanması və ya uduzması bir məsələyə son verəcək – Türkiyə Erdoğan-ın torpağına çevriləcək, yoxsa demokratiyanın hələ şansı var.

Demirtaş-ın platforması liberal və Avropayönümlüdür. O, Erdoğan-ın və CHP lideri Kemal Kılıçdaroğlu-nun alternatividir. Rəqibləri isə Demirtaş-ı terrorçuluqda, Türkiyəyə ziyan vurmağı hədəfləməkdə ittiham edir.

«Demirtaş və partiyasının digər üzvləri səslərin 10 faizindən çoxunu qazansa, parlamentdə azı 50 deputat yeri alacaqlar. Onda 2002-ci ildən ölkəni təkbaşına idarə edən AKP daha çoxluğu qazana bilməyəcək. Ötən seçkilərdə bu islamçı mühafizəkar partiya daha yaxşı nəticə göstərib. Ancaq bu dəfə rəy sorğuları onlara 40 faiz verir ki, bu da əvvəlki göstəricilərdən azdır».

Vladimir Putin

Vladimir Putin

VLADIMIR PUTIN HƏQIQƏTİ GİZLƏDİR

«Rusiya prezidenti Vladimir Putin üçün Ukrayna müharibəsində faktların manipulyasıyası və gizlədilməsi AK-47 və ya raket qurğusundan istifadə kimi bir şeydir. O, israr edir ki, Rusiya əsgərləri və silahları ölkənin şərqindəki müharibədə iştirak etmir. NATO, Birləşmiş Ştatlar və müstəqil jurnalistlər isə fərqli dəlil sübutlar ortaya qoyurlar». Bunu «The New York Times» qəzetinin redaksiya məqaləsində oxuyuruq.

Yazıda ötən həftə Putin-in hərbi sirr haqqında qanuna əlavələrlə bağlı imzaladığı fərman xatırladılır. Məqsədin məhz Ukraynada həlak olan, yaralanan əsgərlər barədə faktların gizlədilməsi olduğu vurğulanır:

«Cənab Putin rusiyalıların Ukrayna barədə həqiqətləri eşidib göstərə biləcəyi siyasi etirazdan açıq-aşkar qorxur. Rəy sorğuları rusiyalıların Putin-ə dəstəyinin böyük olduğunu göstərir. Ancaq rusiyalıların çoxu hərbi qüvvələrin Ukraynaya getməyinə də inanmır».

«Lakin bu, dəyişə bilər. Rusiya siyasi müxalifətinin ortaya qoyduğu hesabata görə, ötən yazdan bəri Ukraynada azı 220 Rusiya hərbçisi həlak olub. Bu sayın artmasının əlamətləri də görsənir. Bəzi təhlilçilərin fikrincə, son fərman həm də Putin-in Ukraynaya daha bir hərbi müdaxiləyə hazırlaşmasının əlaməti ola bilər. Ancaq bu fərmandan asılı olmayaraq, rusiyalıların hətta kəndlərdə belə internetə çıxışı var, informasiya ala bilirlər. Daha çox gəncin evinə meyiti gətirilərsə, cənab Putin daha öz vətəndaşlarının etibarına bel bağlamaya bilər».

OPEK

OPEK

RUSİYA İLƏ OPEK-İN MÜNASİBƏTLƏRİ ELƏ DƏ HAMAR DEYİL

Rusiya rəsmiləri ötən ay gizli şəkildə Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEC) ilə görüşüb qlobal neft bazarında məhsul bolluğu və qiymətlərin aşağı olmasını müzakirə ediblər.

«The Wall Street Journal» belə yazır. Rusiyanın energetika naziri Alexander Novak çərşənbə günü OPEK-in baş katibi Abdalla Salem el-Badri və qurumun bəzi nazirləri ilə görüşəcək.

Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri isə rusiyalı təmsilçilərlə görüşməyəcəklərini deyib, səbəb kimi keçmişdə olunan vədlərin pozulmasını göstəriblər. Üstəlik, cənab Novak bildirib ki, Rusiya OPEK-də sərt xətt tərəfdarlarının istədiyini etməyəcək, yəni istehsalı azaltmayacaq.

«Dəfələrlə mümkün koordinasiya barədə eşitmişik, ancaq heç vaxt belə koordinasiya görməmişik. Rusiya heç vaxt istehsalı azaltmağa razılaşmayıb», - «Uralsib Capital»ın neft və qaz təhlilçisi Alexei Kokin deyib.

«Reuters» yazır ki, OPEK-in istehsalı davam etdirmək niyyəti aydın şəkildə göstərir ki, bazarda hakimiyyət balansı «şist inqilabı» hesabına dəyişib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG