Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:01

Paris konfransında İraqla bağlı ziddiyyətlər yaranıb


Haidar al-Abadi mətbuat konfransında

Haidar al-Abadi mətbuat konfransında

-

İyunun 2-də Parisdə başlanan konfransda İraqda etnik və dini parçalanma əlamətləri özünü göstərib. Bu ziddiyyətlər ölkənin İslam Dövlətinə (İD) qarşı mübarizəsini də zərbə altına qoyur.

İraqın baş naziri, mötədil şiə Haider al-Abadi qərb müttəfiqlərinin tənqidinə məruz qalıb. O, ölkəni, sünni tayfalar, kürd peşmərgələri və şiə döyüşçülərdən ibarət ordunu necə bütöv saxlamasını nümayiş etdirməli olub. Abadi israrla bildirib ki, əsgərləri birlikdədir və “döyüşə hazırdır”. O, hökumətin Ramadini itirməsinin günahını 20 ölkədən ibarət koalisiyanın qeyri-adekvat dəstəyinə bağlayıb.

Ancaq Abadi-nin öz koalisiyasında da ziddiyyətlərin əlamətləri üzə çıxıb. İraqın şimalındakı muxtar Kürdüstan regionu Bağdadı onu Paris konfransından “çıxdaş etdiyinə” görə tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG