Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:41

-

Boston polisi terrorçuluq əleyhinə işlə bağlı nəzarətdə olan bir nəfəri güllələyib öldürüb.

Hadisə iyunun 2-də bir aptek yaxınlığında baş verib.

Polisin məlumatına görə, 26 yaşlı Usaama Rahim ona yaxınlaşan polis və FBİ agentinə böyük bir bıçaqla hücum edib.

Polis həmin şəxsi “şübhəli terrorçu kimi” tanıdığını bildirib. Rahim-in zabitlərin üstünə yeridiyini göstərən videonun da olduğu deyilir.

David Walker adlı daha bir şəxs isə terrorçuluq işiylə bağlı dindirilmək üçün saxlanıb.

Ancaq Iman Ibrahim Rahim facebook-da yazıb ki, qardaşı işə getmək üçün avtobus gözləyən yerdə arxadan güllələnib.

San Fransisko-nun dini lideri olan Iman Rahim deyir ki, qardaşı güllələnən vaxt onunla telefonla danışırmış.

Güllələnmənin nə dərəcədə əsaslandırıldığı təhqiq olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG