Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:19

-

Dostları deyir ki, Rusiyada müxalifət fəalı Vladimir Kara-Murza bir həftəlik komadan ayılıb. O, zəhərlənmə simptomları ilə xəstələnmişdi.

“Vladimir komadan çıxıb,” keçmiş neft maqnatı Mikhail Khodorkovsky iyunun 2-də tvitterdə yazıb.

33 yaşlı Kara-Murza Khodorkovsky-nin idarə etdiyi Açıq Rusiya qeyri-hökumət təşkilatının koordinatoru, Rusiya prezidenti Vladimir Putin-in rəqibidir.

Bu yaxınlarda Açıq Rusiya Çeçenistan lideri Ramzan Kadyrov-u tənqid edən sənədli film yayıb.

QHT iyunun 2-də Kara-Murza-nın həyat yoldaşı Evgenia-ya istinadla xəbər yayıb ki, əri “gözlərini açır və qohumlarını tanıyır”.

Kara-Murza mayın 26-da qəfil xəstələnib, tərəfdarları onun zəhərlənməsi versiyasını irəli sürüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG