Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:29

Belarus traktorları Gəncədə yığıla bilər


Belarus traktorlarının Gəncədə yığılması üçün perspektivlər var

Belarus traktorlarının Gəncədə yığılması üçün perspektivlər var

Belorus traktorları Gəncə Avtomobil Zavodunda yığıla bilər. Bunu Gəncəyə rəsmi səfəri zamanı Belorusun Azərbaycandakı səfiri Nikolay Yermoloviç söyləyib. Diplomatın sözlərinə görə, zavodun imkanları bu layihənin reallaşmasına perspektiv yaradır. Cənab Yermoloviç bildirib ki, yaxın günlərdə Belarusun maşınqayırma sənayesiylə tanış olmaq üçün Gəncə Avtomobil Zavodunun mütəxəssislərin ölkəsinə səfərini də təşkil etmək niyyətindədir.


Azərbaycanın Qərb bölgəsinin kənd təsərrüfatı sahəsiylə də maraqlanan səfirin fikrincə, Belarus və Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq etmək üçün kifayət qədər imkan var. Gəncəyə səfəri zamanı Nikolay Yermoloviç İkinci Dünya Müharibəsində Belarusun torpaqları uğrunda vuruşan müharibə veteranları ilə də görüşüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG