Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:09

-

Şəhriyar İbrahimov

ÖLÜM ZAMANI

Gedişinin ardından arsız bir darıxmaq bulaşdı əllərimə...

Çıxara bilmədim öpüşünü dodaqlarımdan, əl izlərini barmaqlarımdan..

Boynubükük ümidlərdən umacağım qalmadı daha..

Yanağımı sığallayan hər damla yaş adını sayıqlayır için-için..

Hıçqırıq sarsıntılarının məskəni bu tənha ev şahidim olsun ki, səni deyil, ölümü gözləyirəm.

Vitrində gülümsəyən maniken kimi ruhsuz və cansızam..

Külək uğultusu və itlərin səsi ən gözəl ölüm simfoniyasıdır...

Ah...bu bəkarəti pozulmuş dəniz qoxuyan şəhər..

Neçə sevdaların qürbət qoxusu var üstündə...

Gecələməyən fahişə qadınların yuxusu var gözlərində...

Ümidsizlik səndən başlayır bir az da.

Bir az da səndən başlayır xəyanətlər, tərk etmələr, unutqanlıqlar.

Kipriklərimdə bir eşq can verir, yaman üşüyürəm tənhalığımda..

Ürəyimin hər şəhərindəki sən dolaşan küçələri yandırıram alov-alov..

Yandırdıqca üşüyürəm,çoxalırsan içimdə..

Barmaqlarımda hönkürə-hönkürə bir şeir ağlayır..

Ümidlərin bitdiyi kölgəsiz şəfəqlərdən yazıram..

Yazıram ki biləsən...

Bütün gecələrim təkliyə uzanır, ümidsizliyə qurşanır.

Bu şəhərə sığmır darıxmağım...

Qızmar baxışlarım yağmur yüklü hüznlərlə əvəz olundu.

İçimdəki məhvoluş addım-addım yaxınlaşır.

Sən isə başqa şəhərdə, gülüşlərin çiçək açır məndən xəbərsiz,yorğunluq və ümidsizlik qoxuyan sabahlarımın fərqində olmayan günəş kimi..

Soya bilmirəm səni bədənimin bütün zamanlarından.

Ruhuma hopmuş əllərinin istiliyi.

Bir az uğultu lazım havaya, bir az yağmur lazım buludlara,bir az da soyuq tər lazım bədənimə.

İndi sevmək deyil ölmək zamanı...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG