Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:35

-

İsveç millisinin və Fransanın «Paris Saint Germain» klubunun ulduz futbolçusu Zlatan Ibrahimović İstanbul aeroportunda Türkiyənin «Milliyet» qəzetinə açıqlama verib.

«Galatasaray»a gələcəksizmi» sualına Ibrahimović «Xeyir, gəlmirəm. İstanbula Azərbaycana getmək üçün gəldim. Qolf oynamağa gedirəm» deyib.

PSG-dən ayrılacağı barədə söz-söhbətlər haqda isə deyib ki, gələn mövsüm üçün plan hazırlamayıb.

Qəzet Ibrahimović-in Bakıya 3 çamadanla getdiyini də yazıb.

AFFA-nın baş katibi Elxan Məmmədov iyunun 2-də keçirdiyi brifinqdə Ibrahimović-in Azərbaycana gəlməsi haqqında da danışıb. Elxan Məmmədov deyib ki, AFFA-da isveçli ulduzun Azərbaycana gəlməsi haqqında məlumat olmayıb:

«Xəbərimiz olsaydı, bundan istifadə edib hansısa tədbir və ya layihə təşkil edərdik. Onu da nəzərə alaq ki, Bakı şəhəri Avropanın idman mərkəzinə çevrilib. Artıq normal haldır ki, hansısa futbol ulduzu Azərbaycana gəlib. Kimsə dincəlməyə, kimsə öz dostlarını görməyə, kimsə iş üçün gəlir».

Elxan Məmmədov bildirib ki, növbəti illərdə daha çox ulduz Bakıya təşrif buyuracaq:

«Bildiyim qədər, Zlatan 2-3 günlük dincəlməyə gəlib. Ona görə də, təzyiq altına qoymaq bir qədər düzgün olmaz».

futbolinfo.az saytı Zlatan Ibrahimović-in Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə gəldiyini yazır.

Sayt 33 yaşlı ulduz futbolçunun Şamaxıda kabab süfrəsi arxasında fotosunu da yayıb.

Şamaxıdan sonra Ibrahimović Qəbələyə gedəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG