Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

İlham Əliyev: "Cənub qaz dəhlizi" layihəsinin reallaşmasına başlanılıb"


İlham Əliyev

İlham Əliyev

“Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edəcək “Cənub” qaz dəhlizi layihəsinin reallaşmasında əsas rol oynayır və artıq onun reallaşmasına başlanılıb.

Dəhlizin əsas elementi olan TANAP qaz kəməri 3 ilə təhvil veriləcək”.

Bunu prezident İlham Əliyev iyunun 2-də Bakıda keçirilən “Xəzər Neft-Qaz 2015” sərgisinin açılışında deyib.

Prezident həmçinin “Cənub” qaz dəhlizinin növbəti elementi olan TAP qaz kəməri iştirakçılarını məsuliyyətli olmağa, şəxsi mənfəət güdməməyə çağırıb.

İlham Əliyev qeyd edib ki, burda süni maneələr olmamalı və TAP vaxtında reallaşmalıdır.

Prezident bildirib ki, hazırda Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kub metrdir, amma kəşfiyyat işləri davam edir və bu arta bilər.

Azərbaycan Avropa ilə yeni strateji tərəfdaşlıq formatına can atır və bu, tərəflər arasındakı münasibətləri daha yüksək səviyyəyə çatdıracaq-deyə prezident vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG