Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:02

Əfqanıstanda hümanitar təşkilatın 9 yerli əməkdaşı öldürülüb


Foto arxiv

Foto arxiv

Əfqanıstanda dövlət inkişaf proqramının 9 əməkdaşı Balx əyalətində öldürülüb.

Yaraqlılar iyunun 2-də Çexiyanın “People In Need” humanitar təşkilatının Arab kəndindəki şöbəsinə hücum ediblər.

Yerli polisin sözçüsü Shir Jan Durraninin sözlərinə görə, ölənlərdən 7-si Əfqanıstan Milli Həmrəylik Proqramı çərçivəsində kənd təsərrüfatı layihələrinin yerinə yetirilməsinə nəzarət edirmiş.İkisi isə təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. Onların hamısı yerlidir.

Məlumatı People in Need təşkilatının icraçı direktoru Simon Panek də təsdiqləyib.

Əfqanıstan prezidenti Ashar Ghani əraziyə hərbi qüvvələr göndərilməsini göstəriş verib.

Məlumata görə hücum vaxtı təşkilatın azı 2 yerli əməkdaşı qaça bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG