Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:57

İraq rəsmisi koalisiya qüvvələrini lazımınca dəstək göstərməməkdə günahlandırır


Haidar al-Abadi

Haidar al-Abadi

“Bağdadın beynəlxalq koalisiyadakı müttəfiqləri İslam Dövləti qrupunu məğlub etmək üçün lazımınca dəstək göstərmirlər”

Bunu iyunun 2-də Parisdə keçirilən beynəlxalq konfransda İraqın baş naziri Haidar al Abadi deyib.

O qeyd edib ki, yaraqlıların irəliləməsini dayandırmaq üçün koalisiyadakı tərəfdaşlar İraq ordusunu lazımınca hava kəşfiyyatı ilə təmin etmirlər.

O həmçinin qeyd edib ki, xaricdən İraqa keçən yaraqlıların sayı artıb və hazırda bu qrupun əksər üzvü xaricilərdir.

Bir il əvvəl isə onların 60 faizini iraqlılar təşkil edirdi-deyə o bildirib.

Görüşdə ABŞ və Fransa da daxil olmaqla 20 ölkənin nazirləri iştirak edir.

Amma Rusiya, İran və Suriya toplantıya qatılmayıblar.

İslam Dövləti yaraqlıları ötən ay Anbar əyalətinin paytaxtı Ramadini ələ keçiriblər.

Bu şəhər paytaxt Bağdadın 90 kilometrliyindədir.

ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya yaraqlılarla mübarizədə yalnız hava əməliyyatlarında iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG