Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:27

Sığortası olmayanlar sürücülük hüququndan məhrum edilə bilər


Foto illüstrasiya
Foto illüstrasiya

-

Avtomobillərini Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası olmadan idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum ola bilərlər.

Trend-in məlumatına əsasən, bu barədə Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev bildirib.

Onun dediyinə görə, son vaxtlar cərimələrin artırılması ilə əlaqədar sığortalı avtomobillərin sayı xeyli artıb, amma digər ölkələrlə müqayisədə bu rəqəm azdır: «Buna görə də yaxın zamanlarda icbari sığorta edilməyən avtomobillərin ümumiyyətlə yol hərəkətindən uzaqlaşdırılması üçün Maliyyə Nazirliyinə müraciət etməyə hazırlaşırıq».

XS
SM
MD
LG