Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:28

-

«Çox təəccüblənirəm ki, niyə xalq artisti İlhamə Quliyeva ətrafında müzakirələr aparılır?! Çünki İlhamə xanım sevimli müğənnidir. Ona görə də o, 150 məşəl daşıyanlardan biri olacaq. Qaça bilməsə də, hərəkət edəcək». «Report.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Bakı 2015» I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Avropa Oyunlarının məşəlini daşıyanlar arasında müxtəlif sahələrdən olan tanınmış şəxslər var:

«Məşəli sırf idmançıların daşıması barədə ideyamız yox idi. Rayonlara müraciət etdikdən sonra ictimaiyyəti əhatə edən insanların adlarının siyahısı bizə təqdim olundu. Siyahılarda təkcə idmançıların yox, digər ictimai şəxslərin də adları var. Onlar Azərbaycanı dünyaya tanıtdıran insanlardır. Misal olaraq, xalq artisti Əlibaba Məmmədova da məşəli daşımağı təklif etsək də, o səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini dedi».

HƏMÇİNİN OXU:

Bakıda Avropa Oyunları üçün qadağalar siyahısı (İnfoqrafika)

Avropa Oyunlarına görə pulsuz dərman verilməsi dayandırılır?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG