Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:41

Dünya muzeyləri İraq inciləri barədə xəbərdarlıq edir


İraqın Sulaymaniya muzeyi

İraqın Sulaymaniya muzeyi

Bütün dünyanın muzey ekspertləri iyunun 1-də “fövqəladə qırmızı siyahı” tərtib edib ki, İraqda qarət olunan və qanunsuz ixrac edilən nadir əşyalar müəyyənləşdirilsin

-

Bütün dünyanın muzey ekspertləri iyunun 1-də “fövqəladə qırmızı siyahı” tərtib edib ki, İraqda qarət olunan və qanunsuz ixrac edilən nadir əşyalar müəyyənləşdirilsin.

Siyahını Parisdə Beynəlxalq Muzeylər Şurası yayıb. Siyahıya qara bazarda populyar olan əşyalar salınıb. Buraya heykəllər, daş lövhələr, vazalar, sikkələr daxildir. Bu siyahı gömrük və polis əməkdaşlarına nadir sərvətləri tanımaqda kömək edəcək.

Louvre muzeyinin rəhbəri Jean-Luc Martinez deyib ki, İslam Dövləti silahlı qruplaşması qiymətli sənət əsərlərini də İraq və Suriyada etnik azlıqların kökünü kəsdiyi kimi, məhv etməyi hədəfləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG