Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:57

İlham Əliyev: «Heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır»


İlham Əliyev
İlham Əliyev

-

«Artıq Cənub Qaz Dəhlizinin icrasına başlanıb. Azərbaycan bu sahədə də öz liderlik mövqeyini bir daha göstərib. Xəzər qazının Avropaya ixracı ilə bağlı uzun müddət müzakirə getdi. Azərbaycan isə Türkiyə ilə TANAP layihəsinə imza ataraq əsas addımı atdı».

apa-nın məlumatına görə, bunu iyunun 2-də Bakıda keçirilən 22-ci Beynəlxalq «Xəzər Neft və Qaz 2015» sərgisinin rəsmi açılış mərasimində çıxış edən prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, artıq Cənub Qaz Dəhlizinin təməli qoyulub, bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilib: «Bu ilin martında biz Türkiyədə TANAP layihəsinə start verdik. Artıq Cənub Qaz Dəhlizi reallıqdır, icra edilir. TANAP layihəsinin 3 ildən sonra icra ediləcəyinə əminəm. Beləliklə, «Şahdəniz» qazı Türkiyə və Gürcüstana ixrac ediləcək».

İlham Əliyev TAP layihəsinin icrasında da problem yaşanacağına inanmadığını qeyd edib:

«Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası göstərdi ki, bütün tərəflər məsuliyyətini dərk edir. Burada heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır. Çünki bundan hər kəs mənfəət götürür. Yunanıstan, Albaniya və digər Balkan ölkələri Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Bu, həm üstünlükdür, həm də müəyyən mərhələlərdə bir sıra məsələlər ortaya çıxa bilər. Gərək bu məsələlər müzakirə yolu ilə həll edilsin. Qarşımızda heç bir süni əngəl olmamalıdır. Yalnız bu halda Azərbaycan qazının Avropaya nəqlinə başlanacaq. Bu da bizim üçün böyük tarixi hadisə olacaq. Həm böyük ehtiyatlara malik Azərbaycan qazını Avropaya ixrac edəcək, həm də Avropa yeni enerji mənbəyi qazanacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG