Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:15

-

Ölkənin rayon və şəhərlərində qeydiyyatda olan avtomobillərin Bakıya girişinə qoyulmuş qadağa ilə əlaqədar Azərbaycanın bütün bölgələrindən yol polisi əməkdaşları Bakıya ezam edilib.

APA-nın məlumatına görə, əyalətlərdən ezam edilən yol polisi dəstələri Bakıda yol hərəkətinin nizamlanmasına yardım edir.

Qeyd edək ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinin hərəkətinə isə müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.

Bu səbəbdən qeyd olunan ərəfədə piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə əlaqədar paytaxta gəlmək istəyən rayon sakinlərinə xəbərdarlıq edilib ki, həmin müddətdə rayon qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını nəzərə alsınlar. Əhalidən, həmçinin həmin müddətdə sərnişinlərin istifadəsinə veriləcək müasir, komfortlu ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur.

Rayon qeydiyyatı olan avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb. Dayanacaqlar paytaxtın qərb istiqamətində girişi üçün Qaradağda, şimal ərazisindən gələnlər üçün isə “Xırdalan dairəsi” ərazisində yerləşir. Həmin dayanacaqlarda rayondan gələn avtomobillər saxlanılacaq.

Bakıya yalnız ərzaq və kənd təsərrüfatı məhsulları gətirən avtomobillər buraxılır. Amma onlar üçün də saat məhdudiyyəti var. Belə ki, həmin maşınlar gecə yarısından səhər saat 5.00-a qədər paytaxta daxil ola bilərlər. Bakının mərkəzinə böyük yük maşınları da buraxılmır. Şəhərin müxtəlif ərazilərində xüsusi postlar yaradılıb və 24 saat ərzində yol polisi əməkdaşları növbə çəkir

Məlumat üçün bildirək ki, Bakıya giriş qadağası Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan maşınlara da aiddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG