Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:11

Beynəlxalq araşdırmaçı jurnalistlər İlham Əliyevə qarşı birləşdi


Mehriban Əliyeva və İlham Əliyev (foto: president.az)

Mehriban Əliyeva və İlham Əliyev (foto: president.az)

Dünyanın hər yerindən onlarla jurnalist həbsdəki jurnalist Xədicə İsmayılovanın yarımçıq qalmış işini davam etdirmək üçün “Xədicə” layihəsi ətrafında birləşib.

Dünyanın hər yerindən onlarla jurnalist həbsdəki jurnalist Xədicə İsmayılovanın yarımçıq qalmış işini davam etdirmək üçün “Xədicə” layihəsi ətrafında birləşib. Layihənin yaradıcısı, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (The Organized Crime and Corruption Reporting Project – OCCRP) təşkilatının direktoru Drew Sullivan AzadlıqRadiosuna deyir ki, hədəf İlham Əliyevin ailə üzvlərinə məxsus olduğu güman edilən müəssisələri tapıb üzə çıxartmaqdır:

Biz göstərmək istəyirik ki, bir jurnalist həbs olunanda on jurnalist ortaya çıxıb deyəcək ki, yarımçıq qalmış işi mən bitirəyəcəm.

“Biz göstərmək istəyirik ki, reportyor həbs olunanda və fəaliyyət göstərə bilməyəndə, başqa reportyorlar meydana çıxırlar və işi davam etdirirlər. Biz göstərmək istəyirik ki, bir jurnalist həbs olunanda on jurnalist ortaya çıxıb deyəcək ki, yarımçıq qalmış işi mən bitirəyəcəm. Sən bir reportyordan canını qurtara bilərsən, amma sonra on, iyirmi, hətta yüz reportyorun öhdəsindən gəlməli olacaqsan”.

“Xədicə” layihəsi kütləviləşir

Jurnalist Drew Sullivan

Jurnalist Drew Sullivan

Drew Sullivan deyir ki, hazırda dünyanın ən müxtəlif ölkələrindən 25-ə yaxın araşdırmaçı jurnalist artıq “Xədicə” layihəsində çalışır. Məqsəd isə bu sayı 100-ə çatdırmaqdır.

“Xədicə” layihəsi artır ilk araşdırmanı Xədicə İsmayılın doğum günündə - mayın 27-də təqdim edib. Bu araşdırma iddia edir ki, İsveçin TeliaSonera şirkətinin iştirakı ilə Azərbaycan prezidentinə və onun ailəsinə yaxın şirkət Azercell Telecom-da 1 milyard dollardan çox payı mənimsəyib. Bu məlumat İsveçdə qalmaqala səbəb olub.

TeliaSonera razılaşmanın qanunsuz olduğunu inkar etməyib.

“Biz dünyadakı bütün daşları qaldırıb, Xədicənin əvəzindən həqiqətləri çatdıracağıq”

Bir jurnalistin yerinə onu qalxacaq

Araşdırmanın müəlliflərindən biri Miranda Patrucic AzadlıqRadiosuna müsahibəsində deyir:

“Biz hakimiyyətin Xədicəni həbsdə saxlamaq qərarına qarşı mübarizə aparırıq. Nə qədər ki, Xədicə həbsdədir, biz- dünyanın ən yaxşı araşdırmaçı jurnalistləri dünyada bütün daşları qaldırıb, onun əvəzindən həqiqətləri Azərbaycan xalqına çatdıracağıq. Bu da bizim yolumuzdur- göstərmək istəyirik ki, siz jurnalisti həbs edə bilərsiz, amma əvəzində onlarla təcrübəli, beynəlxalq jurnalist meydana çıxıb, Azərbaycan xalqına həqiqətləri deməkdə davam edəcək”.

“Birinci ailə haqda deməyə sözümüz çoxdur…”

“Xədicə” layihəsindəki ilk araşdırma dərc olunandan sonra prezidentin siyasi ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov virtual.az-a müsahibəsində deyib ki, bu araşdırma “qara piardır və bu şəxslər layiqli cavablarını alacaqlar”.

Bizim ölkənin 1-ci ailəsi haqqında deməyə çox sözümüz var, amma demirik, gözləyirik ki, bu məlumatları sübuta yetirək”.

Drew Sullivan bu açıqlamaya cavabında deyir:

“Bu bir qədər ironik deyilmi? Azərbaycan hökuməti Xədicəyə qarşı özünün davamlı qara PR kampaniyalarını təşkil edib. Onun oğlan dostu ilə intim görüntüləri yayımlanıb, daha sonra onun ailəsi erməni adlandırılıb. Onlardan fərqli olaraq bizim təqdim etdiyimiz məlumatlar fakta əsaslanır. Istənilən adam internetə girib bu məlumatları yoxlaya bilər. Bizim ölkənin 1-ci ailəsi haqqında deməyə çox sözümüz var, amma demirik, gözləyirik ki, bu məlumatları sübuta yetirək”.

Belə bir təcrübə artıq var

OCCRP haqqında səslənən fikirlərdən biri də budur ki, bu təşkilata məlumatlar ABŞ xüsusi xidmət orqanları tərəfindən ötürülür.

Drew Sullivan deyir ki, xüsusi xidmət orqanları ilə heç bir bağlılığı yoxdur, bu təşkilatın maliyyə mənbəyinə gəlincə isə, onlar vəsaiti ABŞ hökumətindən, Açıq Cəmiyyət İnstitutundan, müxtəlif fondlardan və fərdlərdən alırlar.

1976-cı ildə ABŞ-ın Arizona ştatında Don Bolles adlı araşdırmaçı jurnalist mütəşəkkil cinayətkar qrup tərəfindən qətlə yetirilir. Investigative Reporters and Editors – Araşdırmaçı Reportyorlar və redaktorlar təşkilatı onun işlərini davam etdirmək üçün bir araya toplaşıb “Arizona” layihəsini yaradırlar. Drew Sullivan deyir ki, “Xədicə” layihəsinin ideyası da həmin layihədən gəlir. “Bu layihə çox uğurlu olmuşdu və ABŞ-da jurnalistlərə qarşı təzyiqləri xeyli dərəcədə azaltmışdı”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG