Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:26

Bu bəyanatı verən Musa Qasımlı xaricdə oxuyanların dövlətə münasibətinin necə və niyə dəyişdiyinə aydınlıq gətirməyib.

“Xarici ölkələrdə əyani təhsil alanlara möhlət verilməsi çağırışdan yayınma ilə bağlı hallara yol açıb. Sonradan Təhsil Nazirliyi bəzi belə şəxslərin xaricdəki bir sıra ali məktəblərdən aldıqları diplomları tanımaqdan imtina edib”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov

Apa-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi barədə müzakirələr zamanı deyib. O bildirib ki, “qanun bu çatışmazlıqları aradan qaldırmaq üçün hazırlanıb”:

“Qanuna əsasən indiyə qədər xarici ölkələrdə əyani təhsil alanlara ali təhsil pilləsində bir dəfə möhlət verilib. Bu möhlət tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək təhsili davam etdirmək üçün də verilib”.

5 MİNƏ YAXIN LAZIMSIZ DİPLOM?

Spiker Oqtay Əsədov da qanuna dəyişikliyin vacib olduğunu bildirib:

“Hərbi vəziyyətdə olan bəzi ölkələrdə qadınları da hərbi xidmətə cəlb edirlər. Ancaq bizdə qanundakı bu boşluqdan yararlanaraq hərbi xidmətdən yayınanlar var. 5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistrə də möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də bu cür işlərlə məşğul olmağın qarşısı alınmalıdır”.

Hərbi vəziyyətdə olan bəzi ölkələrdə qadınları da hərbi xidmətə cəlb edirlər. Ancaq bizdə qanundakı bu boşluqdan yararlanaraq hərbi xidmətdən yayınanlar var. 5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub.

Hərbi ekspert Üzeyir Cəfərli hesab edir ki, Azərbaycanda yetərincə çağırışçı potensialı olduğundan bu qanunun qəbuluna ehtiyac yox idi:

“Bir peşəkar kimi bu qanunların qəbulundan çox məyusam. Bütün göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanda yetərincə çağırışçı potensialı var. Buna baxmayaraq, bu məsələni dəfələrlə gündəmə gətirdilər, ancaq ortalığa müsbət nəticə çıxmadı. Möhlət hüququ o demək deyil ki, həmin şəxs ümumiyyətlə hərbi xidmətdən azad olunur. Bu sadəcə təhsildə fasiləsizlik prinsipini təmin etmək üçündür.

Hərbi ekspert Üzeyir Cəfərli

Hərbi ekspert Üzeyir Cəfərli

Ancaq, çox təəssüf ki, Milli Məclisdə 5 min nəfərdən artıq tələbənin xarıcdə təhsil almasının boş yerə olduğu səsləndirilidi. Guya onlar Azərbaycana lazımsızdırlar, onların diplomları da önəmli deyil. Həmin tələbələr xaricdə təhsil alarkən dəfələrlə ölkəyə gedib-gəlirlər. Əgər, həqiqətən də onların təhsili qeyri-qanunidirsə, müvafiq qanunlar işə salınmalıdır. Hər il belə fikir səsləndirirlər ki, xidmətdən yayınanların sayı minimuma enib. Əgər, belədirsə, o zaman bu qanunu necə başa düşək”?

Üzeyir Cəfərli bildirir ki, müvafiq qurumlar bu dəyişikliyin qəbuluna vaxtında etirazını bildirməli idi:

“ELƏ DEPUTATLAR VAR Kİ, BİR GÜN DƏ XİDMƏTDƏ OLMAYIB”

Bu gün Milli Məclisdə elə deputatlar var ki, bir gün də olsun hərbi xidmətdə olmayıblar. Bəs, bunlar niyə hərbi öhdəliklərini yerinə yetirmək istəmirlər?

“Hər bir millət öz elmi, biliyi ilə tanınmalıdır. Nəyə görə biz gənclərimizə magistraturada oxumağa imkan verməməliyik? Xidmətdən yayınmaq istəyən onsuz da yayınır. İstər qanuni yolla, istər qanunsuz. Elm ardınca getmək istəyənlərin sayı xidmət keçənlərin 4-5 faizi qədərdir. Hesab edirəm ki, onların möhlət hüququ təmin olunmalıdır. Bundan sonra gedib xidmətlərini çəkməlidirlər” – deyib ekspert .

“Bu gün Milli Məclisdə elə deputatlar var ki, bir gün də olsun hərbi xidmətdə olmayıblar. Bəs, bunlar niyə hərbi öhdəliklərini yerinə yetirmək istəmirlər? Nəyə görə bu şəxslər hərbi xidmət keçməməlidirlər? Təhsil Nazirliyi və güc strukturları bu qanunun qəbuluna ən çox təpki göstərənlərdən olmalı idi. Təəssüflər olsun ki, bu qurumlar səslərini çıxarmadılar”.

DÖVLƏTƏ MÜNASİBƏT NİYƏ DƏYİŞİR?

Millət vəkili Musa Qasımlı

Millət vəkili Musa Qasımlı

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı da xaricdə təhsilin əleyhinə olanlardandır. O, “Qafqazinfo”ya bildirib ki, xaricdə təhsil alan tələbələr geri qayıtdıqda dövlətə münasibətdə fərqli mövqe tuturlar:

“Biz bir məsələni təhlil etməliyik ki, dövlət büdcəsindən xaricə təhsil almaq üçün göndərilənlərin neçə faizi ölkəmizə dönür. Xaricə gedən gənclərə fərqli münasibət bəslənir və geri döndükdə isə bir qismi dövlətə münasibətdə tamamilə fərqli mövqe tuturlar”.

Xaricə gedən gənclərə fərqli münasibət bəslənir və geri döndükdə isə bir qismi dövlətə münasibətdə tamamilə fərqli mövqe tuturlar

Maraqlıdır ki, deputat münasibətin necə və nəyə görə dəyişdiyi üzərində dayanmayıb.

“Bir tələbənin xaricdə təhsil alması üçün xərclənən vəsaitlə bir professoru öz universitetlərimizdən birinə dəvət edə bilərik. Bununla da bir professordan yüzlərlə tələbə yararlanar. Bu gün əgər Azərbaycan ordusu 5 min gənci öz sıralarına qəbul etmirsə, bu vətənimizin müdafiəsinə mənfi təsir edir” – deyib Musa Qasımlı.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik mayın 29-da Milli Məclisdə səs çoxluğu ilə qəbul olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG