Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:27

Prezident İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında iştirak edib


Bakı bulvarı

Bakı bulvarı

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 1-də Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.

Bu barədə Prezident.az saytı məlumat yayıb.

Yeni bulvarın uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır.

Bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə 4 yeni meydança və 2 kilometr uzunluğunda velosiped yolu salınıb.

Gələcəkdə bulvarda uşaq kinoteatrının inşası da nəzərdə tutulub.

Bulvardakı “Bulvar Hotel”dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək xüsusi qatarlar da hərəkət edəcək və bulvar boyu bir neçə yerdə dayanacaq olacaq.

Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG