Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

-

İyunun 5-də saat 12-də məxsusi olaraq I Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsmin Bakı Muzey Mərkəzinin Dairəvi Zalında təqdimat mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbir bu qurumun, Gənclər və İdman Nazirliyinin, «Nikolya» Şokolad Muzeyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Rəsmin çəkisinin 200 kq, eninin 3 metrdən çox olduğu deyilir.

Rəsmdə nəyin əks olunduğu müəllif tərəfindən sirr saxlanılır və təqdimat günü açılacaq.

Dünyanın 40-dan çox ölkəsində nümayiş olunan «Nikolya» Şokolad Muzeyinin müəllif sərgisini Bakıda ilk həftədə 10 mindən çox insan izləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG