Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:35

Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek Rusiya səfirini çağıraraq ,1968-ci ildə Sovet ordusunun Çexoslovakiyaya soxulması ilə bağlı sənədli filmə etiraz bildirib.

Nazirliyin sözçüsüMichaela Lagronova bildirir ki, nazir hesab edir ki, film insanları azdırır.

Həmçinin Slovakiyanın xarici işlər nazirliyi bildirib ki, bu film tarixi təhrif etməyə və tarixi həqiqətləri saxtalaşdırmağa çalışır.

Sənədli film Rusiya televiziyasında mayın 1-23 arası nümayiş etdirilib.

Keçmiş Cexoslovakiya 1968-ci ildə keçmiş kommunist rejimində islahatlar aparmağa cəhd edərkən, Sovet rejimi Praqaya ordu yeridərək bunun qaşısını aldı.

Həmin hərəkata Praqa baharı deyilir.

Sovet qoşunları bu ölkəni yalnız 1989-cu ildə tərk elədi.

Filimə görə, ordu Qərbin dəstəklədiyi hərbi çevrilişin qarşısını almaq üçün Praqaya yeridilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG