Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:26

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvanın 89 Avropa siyasətçisinə qarşı viza qadağası tətbiq etməsi ilə bağlı Avropa Birliyinin şikayətini cəfəngiyyat adlandırıb.

O qara siyahının Krımın işğalı və Ukraynanın şərqindəki münaqişəyə görə, Rusiyanı tənqid edən siyasətçilərə qarşı yönəlməsi, bunun siyasi motivli olması barədə iddiaları rədd edib.

Amma Lavrov 151 rusiyalı və Ukraynanın şərqindəki rusiyapərəst separatçıya qarşı tətbiq edilmiş viza qadağası və onların bank hesabalarının dondurulmasının siyasi motivli olduğunu deyir.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini mayın 30-da bildirib ki, Kremlin tətbiq etdiyi qara siyahı tamamilə əsassızdır və buna heç bir aydımlıq gətirilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG