Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:12

Kudrin: "Rusiyada iqtisadi böhran pik həddi ikinci rübdə olacaq"


 Aleksei Kudrin

Aleksei Kudrin

Rusiyada iqtisadi böhran hələ aradan qaldırılmayıb və böhranın pik həddi bu ilin ikinci rübündə olacaq.

Bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksei Kudrin bildirib.

O İnterfaks agentliyinə deyib ki, böhranın pis vaxtının artıq geridə qaldığını düşünmək olmaz, çünki ümumdaxili məhsul birinci rüvlə müqaisədə ikinci rübdə daha çox azalacaq.

Kudrin qeyd edib ki, bu il ümumdaxili məhsul təxminən 4 faiz azalacaq ki, bu İqtisadi İnkişaf Nazirliyinin proqnozundan çoxdur.

Kudrin hesab edir ki, kritik vəziyyət yalnız Bank sektorunda səngəyib.

Keçmiş nazir hesab edir ki, Rusiya 2000-ci ildən bu yana ilk dəfədir ki, böyük böhran dövrünü yaşayır.

O ölkədə siyasi və iqtisadi islahatlar aparılacağı halda hakimiyyət qurumlarına qayıtmasının mümkünlüyünü istisna eləməyib.

Kudrin 2000-2011-ci illərdə Rusiyanın maliyyə naziri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG