Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:21

-

Vəziyyət o həddə çatıb ki, “”Əli və Nino” mağazalar şəbəkəsi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin də çox ucuz qiymətə satışa yolladığı mükəmməl tərcümə kitablarını satmaqdan imtina edir...

Qan Turalı

“Əli və Nino” “Doqquz hekayə”ni niyə götürmür?

Əslində, “Əli və Nino”nun kitabıma qarşı göstərdiyi münasibəti ictimailəşdirmək istəməzdim.

Özümə qarşı olan bu hərəkətə susa da bilərdim. Lakin mən yalnızca Qan Turalı deyiləm.

Zəif yazıçı ola da bilərəm, ədəbiyyatda təsadüfi adam sayıla da bilərəm. Lakin mən özümü Axundov, Mirzə Cəlil ənənəsinin daşıyıcısı sayıram.

Bu mənada mən yalnızca Azərbaycan Respublikasının vətəndaşı olan yazıçı Qan Turalı deyiləm. Maddi kimliyimdən başqa yerinə yetirdiyim mənəvi bir missiya da var. Buna görə özümdə məsuliyyət hiss edirəm ki, Mirzə Cəlilin yolunun davamçısıyam. Nə dərəcədə buna layiq olmağım isə başqa söhbətin mövzusudur.

“Əli və Nino”nun kitabıma qarşı etdiyi hərəkəti də yalnız “Doqquz hekayə”yə yox, ümumiyyətlə ədəbiyyata qarşı edilmiş hərəkət sayıram.

Açıqlamamın dərc edildiyi iki-üç saat ərzində aldığım ictimai dəstək haqlı olduğumu sübut edir. Onlarla adam öz dəstəyini bildirir, nə qədər yazıçının eyni müamiləyə məruz qaldığını deyir.

Hadisə isə belə olub. Mən bazar günü sahibəyə zəng vurub deyirəm ki, gələn həftə kitabımın imza gününü keçirtmək və sizə satış üçün kitab vermək istəyirəm. Sahibə mənə email verib ora müraciət etməyimi xahiş edir. Email yazıram. Cavab yoxdur. Sahibəni yığıram.

Deyir ki, 24 saat ərzində cavablandırılacaq. 24 saat keçir. Cavab yoxdur. 36 saat. Yenə cavabsız qalır. Mən yenidən sahibəyə zəng vururam. Sahibə bir nömrə verib ora zəng etməyimi tapşırır. Ora zəng vururam, deyirlər ki, yerimiz yoxdur, kitab götürə bilmərik. Mən yenə sahibəni yığıram.

Bu dəfə isə deyir ki, mənlik deyil.Bir müddət sonra qardaşıma zəng gəlir. Zəng vuran xanım deyir, kitab götürməyəcəyik, amma imza günü edərik. Mən də imza günündən imtina edirəm və Kulis üçün açıqlamanı yazıram.

Ardınca isə böyük ictimai dəstək gəlir. Şərif Ağayar, Sahilə İbrahimova, Sevinc Pərvanə, Əsəd Qaraqaplan, Tural Şaxtaxtinski... Hamısı eyni şeydən şikayətlənirlər. Sən demə, “Əli və Nino”da ədəbiyyata bu cür münasibət adicə norma imiş...

2011-ci ilin oktyabrında “Qanun” nəşriyyatında çap edilmiş “Mustafa” romanım “Əli və Nino” mağazalar şəbəkəsində ayın ən çox satılan kitabı olmuşdu. “Polis qorxusuyla öpüşmək” kitabım da bu mağazada kifayət qədər satılmışdı. Bəs bu münasibət nə üçün?

Vəziyyət o həddə çatıb ki, “”Əli və Nino” mağazalar şəbəkəsi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin də çox ucuz qiymətə satışa yolladığı mükəmməl tərcümə kitablarını satmaqdan imtina edir.

Məqsəd? Çox sadədir! İnhisar yaratmaq, yazıçıları istismar etmək, onların bir qəpik belə qazanmadığı kitablar üzərindən varidat toplamaq.

Təsəvvür edin ki, məlum nəşriyyat bir manat da qonarar vermir, kitab satşından olan gəlir isə mağaza və nəşriyyat arasında bölüşdürülür. Bu istismar çarxından xilas olmaq istəyən yazıçıların kitablarını satış üçün qəbul etməməklə onlar oyundan çıxarılır.

Azərbaycan yazıçılları çox qurbanlar verib, çox məhrumiyyətlər görüblər. Onların birliyi sayəsində xalqın və dövlətin dəstəyi ilə ədəbi möhtəkirlərə qarşı mübarizədə əlbəttə ki, qələbə ədəbiyyatındır!

lent.az

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG