Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:48

Xətaidə yanan bina sakinlərinə pul verilir


Yanan bina
Yanan bina

-

Xətai rayonunda yanmış binada mənzili olan ailələrin hər birinə 15 min manat ayrılıb.

Bunu apa-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

O, bu məqsədlə 1 milyon manat ayrıldığını deyib. Bina sakinləri pulu almaq üçün iyunun 1-dən Xətai rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.

BŞİH başçısı bu binada vəfat edən və ya xəsarət alanlar olmadığına görə hər bir ailəyə bərabər miqdarda – yəni 15 min manat vəsait veriləcəyini bildirib.

Bu il aprelin 10-da Bakının Xətai rayonunda, Zığ şosesi, 16 ünvanında doqquzmərtəbəli yaşayış binasında güclü yanğın olub.

Bina hazırda dövlət hesabına təmir olunur.

XS
SM
MD
LG