-
Prezident İlham Əliyev iyunun 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin müavini və xarici işlər naziri Ivica Dacic-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
president.az saytının məlumatına görə, Ivica Dacic Serbiya prezidenti Tomislav Nikolic-in və baş nazir Aleksandar Vucic-in salamlarını İlham Əliyevə çatdırıb.
O, Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində Serbiya prezidentinin iştirak edəcəyini də bildirib.
Serbiyanın baş naziri Aleksandar Vucic-in bu yaxınlarda Azərbaycana səfərinə toxunan Ivica Dacic onun bu səfərdən çox məmnun qaldığını deyib.
Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Dağlıq Qarabağ danışıqları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldığı bildirilir.