Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:36

Bakıda evlənməyin orta büdcəsi - 91 300 manat (İnfoqrafika)


İyunun 1-dən Azərbaycanda evlənmək istəyənlər məcburi şəkildə tibbi müayinədən keçməlidirlər.

“Ailə Məcəlləsi"nə dəyişikliyə görə nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər.

Amma Azərbaycanda evlənmək üçün təkcə sağlamlıq deyil, həm də məbləği o qədər də az olmayan pul lazımdır.

Ətraflı aşağıdakı infoqrafikada:

Toyun xərclərinin nə qədər olması əlbəttə ki, bəylə xanımın özlərinin, əsasən də valideynlərinin imkanlarından asılıdır.

Aşağıdakı infoqrafikada Bakıda bir ortabab toyun xərcləri hesablanıb. Yəni, restoran xərclərini qonaqların ödəyəcəyi, oradan borc və əlavə pul qalmayacağı nəzərə alınmaqla, bir toyun ortalama qiyməti hesablanıb.

Qısası, bir cütlük Bakıda mərkəzdən kənarda kiçik bir mənzilinin də olmasını istəyirsə, onların təxminən 91 300 manat toy büdcəsi olmalıdır.

TOYLARLA BAĞLI SİZ DƏ GÖRÜB-EŞİTDİKLƏRİNİZİ AŞAĞIDAKI FORUMA YAZIN, FİKİRLƏRİNİZİ BÖLÜŞÜN:
XS
SM
MD
LG