Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:16

Avropa Oyunlarının məşəli Qusara gətirilib


Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi - 26 aprel 2015
Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi - 26 aprel 2015

-

Birinci Avropa Oyunlarının məşəli iyunun 1-də Qusara gətirilib.

Trend-in məlumatına görə, məşəl Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında qarşılanıb.

Məşəl kikboksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olunub. Sonra 10 məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən keçməklə şəhərin mərkəzi meydanına gəliblər. Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb.

Sonra isə Avropa Oyunlarının çırağı yandırılıb.

Avropa Oyunları bu il iyunun 12-dən 28-dək ilk dəfə Bakıda keçiriləcək.

XS
SM
MD
LG