Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:46

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

16:34 5.6.2015

Polis sarı zolağı izah edir

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov Azadlıq Radiosunun suallarına cavab verir:

-Gün ərzində müxtəlif yerlərdə, müxtəlif vaxtlarda sarı zolaqlara düşən sürücü mərkəzi məlumat xidməti vasitəsi ilə elektron qaydada tərtib edilmiş protokol əsasında o sayda da cərimə ödəməli olacaq. Sürücü tərəfdən “bilmədim”, “görmədim” kimi işlədilən ifadələr onu məsuliyyətdən azad edə bilməz. Çünki yetərincə təbliğat aparılıb. Hər xətanın özünəməxsus cəzası var. Məsələn, sarı zolağa girib hərəkət etməyin cəzası 40 manatdır. Amma sarı zolaqda hərəkət edənin hərəkətinə maneə yaratmaq bir başqa xətadır. Bu artıq 3 bal 60 manatdır. Yaxud sarı zolaqla kəsişən digər zolaqlar üzrə hərəkətdə olan nəqliyyat vasitəsini kobud yol hərəkət qaydasının pozulması nəticəsində 4 bal, 100 manat cərimədir. Çünki bu artıq qəza şəraitinin yaradılması deməkdir.Ətraflı AzadlıqLive-da

16:10 5.6.2015

İpoteka:İlkin ödənişi 30-60 faizə qaldırıblar

Azərbaycanda ipoteka krediti üzrə ilkin ödəniş faizi 15-20 %-dən, 30-60 %-ə qədər artıb.Bu artım demək olar ki, bütün banklarda müşahidə olunur.Bank respublikanın ipoteka kreditləri üzrə mütəxəssisi banka müştəri kimi zəng edən AzadlıqRadiosunun müxbirinə bildirib ki, artım "krizislə bağlıdır":"İpoteka krediti götürmək üçün alınacaq mənzilin 60-faizi ilkin ödəniş kimi verilməli. Bank yalnız yerdə qalan 40 faizlə bağlı yardım edə bilər".Digər banklarda artım nə qədərdir? İpoteka Fondu bu bazarı necə tənzimləyir? İpotekanın verilməsi şərtlərində daha hansı dəyişikliklər olub?Bu və digər sualların cavabı AzadlıqLive-da

15:34 5.6.2015

Yeməkdə israfçılıq

14:22 5.6.2015

"Azərbaycanda hansısa media orqanına prezident və ailəsi haqqında yazmaq qadağan olunsa"..

Prezidentin köməkçisi Əli Həsənov 50-dən çox media , sayt rəhbəri ilə görüşdə deyib: "Bunları idarə edən qərb dövlətlərində öz liderləri ilə bağlı belə saytlara, profillərə rast gələrsiniz? Böyük Britaniya kral ailəsi ilə məhkəmə çəkişməsində uduzan “Guardian” qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan olunub. Təsəvvür edin ki, Azərbaycanda hansısa media orqanına prezident və ailəsi haqqında yazmaq qadağan olunsa, nə baş verərdi, bu, necə qiymətləndirilərdi?BMT-nin İnsan hüquqları üzrə nümayəndəsini, ATƏT rəsmilərini belə Azərbaycana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Qərbin demokratiyası budursa, bizə belə demokratiya lazım deyil."

Davamı

XS
SM
MD
LG