Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

14:39 7.6.2015

Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

İsveç millisinin və Fransanın «Paris Saint Germain» klubunun ulduz futbolçusu Zlatan Ibrahimović Azərbaycanda çəkdirdiyi 2 fotonu öz Facebook səhifəsində paylaşıb. Zlatan fotoların harda çəkdirdiyini qeyd etməyib.

İdman saytları Zlatan Ibrahimović-in Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə Azərbaycana gəldiyini yazırdı.

21:37 5.6.2015

Əflatun Amaşov : Facebookda belə profillər bağlanmalıdır

Ə. Amaşov
Ə. Amaşov

Ə. Amaşov Avropa Oyunlarına qarşı çıxanlarla mübarizəyə səfərbər olduqlarını qeyd edib: “Azərbaycan jurnalistikası Birinci Avropa Oyunlarının ayrı-ayrı məqamlarının tarixdə qalması üçün fəaliyyət göstərəcək. Ancaq sosial şəbəkələrdə problemlərə rast gəlinir. Məsələn, sosial şəbəkədə profili açılıb, orada Vahid Mustafayevi, məni, Arif Alışanovu, Bəxtiyar Sadıxovu və digərlərini ittiham edirlər ki, guya hakimiyyət bizi ömürlük icarəyə götürüb. Azərbaycan “Facebook” və digər sosial şəbəkələrin rəhbərləri ilə danışıqlar aparmalı, belə profillər bağlanmalıdır. İnsanların ailələri, qohumları var, belə məqamlara yol vermək olmaz”. (APA)

21:37 5.6.2015

Heydər Əliyevin portreti olan plakat yanıb

Sumqayıt şəhərində Bayraq Meydanında Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin böyük portreti olan plakat yanıb.

Davamı

XS
SM
MD
LG