Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:55

-

Günümüzdə ən çox istifadə olunan xəritə proqramlarından «Google Maps»ə yeni özəlliklər gələcək.

Bu yeniliklər «Google»un I/O 2015 konfransında təqdim olunub.

Konfransda verilən açıqlamaya görə, istifadəçilər artıq proqramı internetsiz, «offline» rejimdə də işlədə biləcəklər.

Digər bir yenilik isə səsli xidmətdir. Artıq istifadəçilər istiqaməti səsli formada da öyrənə biləcəklər.

Bu özəlliklərin ilk mərhələdə internet bağlantısı zəif olan, inkişaf etməmiş ölkələrdə yayımlanacağı bildirilib.

Yeniliklərin ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.

XS
SM
MD
LG