Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:17

ATƏT sədri Azərbaycana gəlib


Ivica Dacic
Ivica Dacic

-

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri Ivica Dacic-in Azərbaycana səfəri başlayıb.

apa-nın məlumatına görə, iyunun 1-də onun prezident İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Səfərin sonunda xarici işlər naziri ilə birlikdə mətbuat konfransı keçiriləcək.

ATƏT sədri həmçinin qurumun Bakıdakı layihə-koordinatorluğuna baş çəkəcək.

Dacic iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək.

XS
SM
MD
LG