Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:04

İyunun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi ilə bağlı tələblər qüvvəyə minir

-

İyunun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi ilə bağlı tələblər qüvvəyə minir.

Səhiyyə Nazirliyindən “Trend”ə verilən məlumata görə, nikaha daxil olmaq istəyənlər hemoqlobinopatiyalar (böyük betatalassemiya, aralıq betatalassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya), İİV-QİÇS, sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçəcəklər. Ailə qurmağa hazırlaşan hər kəs həmin siyahıdakı xəstəliklər üzrə klinik və laborator müayinələrdən keçəcək, onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər veriləcək.

Bu qaydalar nikaha daxil olmaq istəyən, Azərbaycanda daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil ediləcək.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycanın regionlarında Mərkəzi Rayon xəstəxanaları və ya Şəhər xəstəxanalarının, Şəhər Səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi tərəfindən həyata keçiriləcək. Müayinələr pulsuz olacaq. Bu işə nəzarət həmin müəssisələrin rəhbərlərinə həvalə olunub.

Əgər ailə quran tərəflərdən biri azadlıqdan məhrum edilibsə, həmin şəxsin müayinəsi və ona lazımi məsləhətlərin verilməsi cəzaçəkmə müəssisəsinin tibb xidmətinin üzərinə düşəcək.

Nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinələrin nəticələri haqqında ayrı-ayrılıqda məlumat veriləcək və onlar bu barədə bir-birini məlumatlandıracaqlar.

Cütlüyə müayinələrinin cavabları ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiqləyən arayış da təqdim ediləcək. Arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonrakı iki həftə ərzində veriləcək və onun etibarlılıq müddəti bir aydır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG