Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:57

Qətər keçmiş Quantanamo məhbuslarına səyahət qadağasını uzadır


Bowe Berghdal

Bowe Berghdal

-

ABŞ-ın yüksək rütbəli rəsmisi deyir ki, Qətər Talibanın beş liderinə səyahət qadağasını müvəqqəti uzatmağa razılaşıb. Həmin liderlər ötən il ABŞ-ın Kubadakı Quantanamo həbsxanasından buraxılıb. Onlar ABŞ serjantı Bowe Bergdahl ilə dəyişdirilib.

Qərb xəbər agentlikləri həmin rəsmiyə istinadla yazırlar ki, daha uzunmüddətli həll üçün diplomatik danışıqlar tamamlanadək qadağa qüvvədə qalacaq. Məhdudiyyətlər həmin məhbuslar ötən ilin mayında Bergdahl ilə dəyişdiriləndən sonra qoyulmuşdu, iyunun 1-də bitirdi.

Danışmaq səlahiyyəti olmadığından adının çəkilməsini istəməyən rəsmi deyib ki, keçmiş məhbuslar hazırda Qətərdədir, onlara səyahət qadağası qoyulub və hərtərəfli nəzarət olunur.

Mayın 31-də Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru John Brennan deyib ki, Birləşmiş Ştatlar beş talibançının statusu ilə bağlı Qətərlə danışıqlar aparır.

Bergdahl 5 il yaraqlıların əsarətində qalmışdı, ömürlük məhkum oluna bilərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG