Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:40

Kerry gecəni xəstəxanada keçirib


John Kerry Lozannada velosiped sürür, 16 may, 2015-ci il

John Kerry Lozannada velosiped sürür, 16 may, 2015-ci il

-

ABŞ Dövlət katibi John Kerry ötən gecəni Cenevrədə xəstəxanada keçirib. O, bir gün öncə velosiped sürərkən sağ qıçını zədələyib.

Dövlət Departamentinin sözçüsü John Kirby mayın 31-də yaydığı bəyanatda bildirib ki, “Dövlət katibi bu axşam ABŞ-a dönməyi planlaşdırırdı, ancaq onun yalnız profilaktik məqsədlərlə xəstəxanada qalması məsləhət görülüb və sabah evə dönəcək”.


Kerry mayın 31-də Fransada velosiped sürərkən sağ qıçını zədələyib. O, Avropaya səfərini dayandırmalı olub. Kerry İslam Dövləti yaraqlıları ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfransa qatılacaqdı. Kirby deyib ki, Kerry Paris konfransında videoəlaqə vasitəsilə iştirak edəcək.

Kerry mayın 30-da iranlı həmkarı Javad Zarif ilə nüvə danışıqları aparıb. Onun keçirdiyi qəza nüvə danışıqlarına əngəl yaranacağı sarıdan narahatlıq yaradıb.

XS
SM
MD
LG