Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:58

Avropa Oyunları məşəli Sumqayıtdan Xızıya yola salındı


Azerbaijan -- A ceremony to light the flame of Baku-2015 first European Games - 26Apr2015

Azerbaijan -- A ceremony to light the flame of Baku-2015 first European Games - 26Apr2015

-

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli mayın 31-də Sumqayıta gətirilib.
"Trend"in məlumatına görə, minlərlə sumqayıtlı şəhərin mərkəzində məşəli qarşılayıb.

Məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul edib. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəliblər.

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra birinci Avropa Oyunlarının çırağı yandırılıb və yarışlar başa çatanadək saxlanılmaq üçün şəhərə təhvil verilib.

“Bakı-215”-in məşəli Xızı rayonuna yola salınıb.

İyunun 12-dən 28-nə kimi Azərbaycanda "Bakı 2015" I Avropa Oyunları keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG