Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:25

Səudiyyə Ərəbistanının komandanlığı ilə husi dəstələrinin yerləşdiyi obyektlər bombalanıb


-

Müttəfiqlərin aviasiyası Səudiyyə Ərəbistanının komandanlığı altında Yəmən paytaxtı Sənada silahlı husi dəstələrinin yerləşdiyi obyektləri bombalayıb.

Bu dəstələr aeraport və prezident sarayı yaxınlığında da atəşlə üzləşiblər.
Səudiyyə Ərəbistanı və Yəmən sərhədində qanlı döyüşlər gedib.
Husilərə qarşı hava zərbələri martdan başlayıb, məqsəd devrildikdən sonra Səudiyyə Ərəbistanına qaçmış prezident Abd-Rabbu Mansur Hadini hakimiyyətə qaytarmaqdır.

Husilərin nəzarətindəki telekanalsa bildirib ki, qiyamçıların dəstələri mayın 30-da Səudiyyə Ərəbistanına hava zərbəsi endiriblər.
BMT-nin məlumatına görə, münaqişənin başladığı martdan bəri 1900 adam ölüb, təqribən 7 min adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG