Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

Günəş enerjisi ilə işləyən təyyarə ilə 6 günlük səyahət...


Çin, "Solar İmpulse 2" təyyarəsi
Çin, "Solar İmpulse 2" təyyarəsi

-

İsveçrə pilotu Andre Borscberg mayın 31-də günəş enerjisiylə işləyən "Solar İmpulse 2" təyyarəsində Sakit Okean üzərində səyahətə çıxıb. Təyyarə havaya Çinin Şərqindən qalxıb. Uçuş altı gün davam etməli və Havay adalarında başa çatmalıdır.
Hər hansı uğursuzluq olmasa bu aviasiya tarixində ən uzunmüddətlu və təkbaşına gerçəkləşən uçuş kimi yeni rekord kimi qəbul ediləcək.

Dünya ətrafında təyyarə səyahəti 2015-ci il martın 9-da Abu-Dabidə başlayıb. Borchberg və onun yol yoldaşı Piccard pilotu növbəylə idarə edirlər.

1999-cu ildə Piccard hava balonunda yerə enmədən dünya səyahətinə çıxan ilk insan olub.
"Solar İmpulse 2" günəş batareyaları əsasında işləyən təyyarədir və Avropa layihəsidir.

XS
SM
MD
LG