Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:25

Azərbaycanda yeni şura yaradılır


-

Azərbaycan Nazirlər Kabineti “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”ni təsdiq edib. Bu barədə Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə əsasən məlumat verir.

Ekspertlər Şurası texnologiyalar parkında innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi, müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin icrası, innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi, onların tətbiqinə dair təkliflərin hazırlanması məqsədi ilə yaradılır.

Ekspertlər Şurası dövlət orqanlarının, elm, təhsil, investisiya, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil yerli və xarici ekspertlərin iştirakı ilə 7 (yeddi) nəfərdən ibarət tərkibdə təşkil edilir. Ekspertər Şurasının üzvlərinin səlahiyyət müddəti 2 (iki) ildir.

XS
SM
MD
LG