Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

-

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Şurasının sədri Cəmil Həsənli ilə görüşlə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

«ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta mayın 26-da Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşüb. Bu görüşdən əvvəl isə səfir Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da daxil olmaqla, partiyanın bir neçə yüksək səviyyəli nümayəndəsi və parlamentin spikeri Oqtay Əsədovla görüşlər keçirərək onların fikirlərini dinləyib» - səfirliyin açıqlamasında bildirilir.

Səfirlik qeyd edir ki, bu kimi görüşlər səfir Cekuta-nın Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri və onların fikirləri ilə tanış olmaq arzusunun bir hissəsidir.

«ABŞ səfirliyi Azərbaycanda hər hansısa partiyanı nə təlimatlandırır, nə də partiyaları maliyyələşdirir» - məlumatda deyilir.

Bundan əvvəl bəzi saytlar Cəmil Həsənlinin ABŞ səfirliyində məxfi görüş keçirdiyi, Milli Şuranın mitinqlər üçün səfirlikdən maddi dəstək alması haqda xəbərlər dərc etmişdi.

Cəmil Həsənli isə bu xəbərlər bağlı demişdi ki, «bu görüş ABŞ səfiri ilə tanışlıq məqsədi daşıyıb, mitinqlərin maliyyə məsələsinin müzakirə edilməsi barədə yayılanlar isə boş söhbətlərdir».

XS
SM
MD
LG