Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:54

-

AXCP sədri Əli Kərimlinin Azərbaycanda ikinci devalvasiya olacağı haqqında fikirlərini «Azadlıq» qəzeti dərc edib.

«Bakıdakı bina yanğınından əvvəlki günləri xatırlayın, hökumətə yaxın deputatlar, iqtisadçılar gündə bir proqnoz verirdilər. Biri deyirdi, növbəti devalvasiyadan sonra 1 dollar 1 manat 30 qəpik olacaq, başqası deyirdi, yox, 1 manat 50 qəpiyə qalxacaq, üçüncüsü iddia edirdi ki, 1 dollar 2 manata bərabər olacaq. Başqa vaxtlarda hökumətin sözündən çıxmayan bu adamlar nəyə görə belə açıqlamalar verirdilər? Məqsəd aydın idi. Xalqı bu yolla hazırlayırdılar ki, yeni devalvasiya xəbərindən şok keçirməsin».

Əli Kərimli bildirir ki, hökumət yanğından sonra qəzəbin tam sönməsini, Avropa Oyunlarının başa çatmasını, Milli Şuranın yaxınlaşan yay ayları ilə bağlı mitinqlərə ara verməsini gözləyir. Bundan sonra növbəti devalvasiya qərarı veriləcək: «Dövlətin valyuta ehtiyatları sürətlə tükənir. Neftin qiyməti ciddi şəkildə qalxmır və qalxması da gözlənilmir. Deməli, ölkəyə dollar daxil olması azalır və azalmaqda da davam edəcək. Mərkəzi Bank manatı hələ indiki məzənnədə saxlamaq üçün öz rezervlərindən ayda bir milyard dollardan artıq pul xərcləyir. Amma bu, nə vaxta qədər belə davam edə bilər? Mərkəzi Bankın rezervləri sonsuz deyil axı. Bu ayın sonunun nəticələrinə görə məlum olacaq ki, 15 milyard dollardan artıq rezervin yarıdan çoxu son 7 ayda xərclənib (may ayının 1-nə olan məlumata görə, 15 milyarddan 8 milyardı qalmışdı). Bu qaydada daha nə qədər davam etmək olar?».

ÖLDÜRÜLƏN 5 YAŞLI QIZLA BAĞLI TƏFƏRRÜATLAR

Virtualaz saytı Pirallahıda 5 yaşlı qızın zorlanaraq öldürüldüyü hadisə yerindən yazıb.

Yakov Çernov

Yakov Çernov

Sayt qonşulardan hadisənin bəzi təfərrüatlarını öyrənə bilib.

«Məlum oldu ki, Aişənin anası bu faciəvi hadisədən bir neçə gün qabaq üstünə qaynar su tökülməsi ucbatından yanıq xəsarəti alıbmış. Buna görə də evdən bayıra çıxa bilmirmiş. Uşağa isə atası Füzuli nəzarət edirmiş. Dünən də (mayın 28-i) belə olub. Axşamüstü Füzuli qızı Aişə ilə həyətə düşüb. Uşaq sakitcə oyuncaqları ilə oynayırmış. Füzuli çay içmək üçün yuxarı qalxıb. Geri qayıtmağı haradasa 15-20 dəqiqə çəkib.

Bu müddət ərzində onların qonşusu, 32 yaşlı Yakov Çernov uşağı götürərək öz həyətlərinə aparıb, orada zorlayıb və boğaraq öldürüb. Hərçənd ki, qonşuları Yakovu bu vaxta qədər sakit və dinc bir adam kimi tanıdıqlarını deyirlər.

Sayt yazır ki, uşaq bütün günü axtarılsa da, tapılmayıb: «Səhərə yaxın uşağın atası qonşunun həyətindən səs gəldiyini eşidib. Kimsə həyətdə bellə nəsə qazırmış. Qarşısındakı şəxsin qızının qatili olmasını ağlının ucundan da keçirməyən Füzuli Yakovdan gecə saat 4-də nə iş gördüyünü, torpağı niyə qazdığını soruşub. Cavabında gözləmədiyi halda söyüş eşidib: «Sənə nə var? Ev mənimdir, həyət mənimdir, əcəb edib qazıram...».

Qonşusunun bu qəfil qəzəbindən şübhələnən Füzuli polisə zəng vurub. Hadisə yerinə gələn polislər axtarışa başlayıblar və uşağın cəsədini Yakov Çernovun həyətindəki zibil qalağının altından tapıblar.

Bakıda «Tour d'Azerbaidjan» beynəlxalq velosiped turu - 6 may 2015

Bakıda «Tour d'Azerbaidjan» beynəlxalq velosiped turu - 6 may 2015

Yakov Çernov əvvəlcə hər şeyi inkar etməyə çalışıb. Daha sonra isə qətli törətdiyini boynuna alıb.

AZƏRBAYCAN AVROPANIN İDMAN PAYTAXTINA ÇEVRİLİR

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycanın təşəbbüskarlığı ilə Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər buranı artıq regionun «diplomatik paytaxtı»na çevirib.

«İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətlərlə şərtlənir. Son vaxtlar Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatmışdır ki, biz, sadəcə, Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynamırıq. Biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla, multikulturalizm məkanına çevrilmişik».

Qəzet yazır ki, «ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin son illər idmanın və bədən tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüsət aldığı ölkə olması ilə bağlıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG