Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:24

Obama Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarır


Barack Obama Panamada Kuba lideri Raul Castro ilə görüşür - 11 aprel 2015
Barack Obama Panamada Kuba lideri Raul Castro ilə görüşür - 11 aprel 2015

-

ABŞ Dövlət Departamenti Kubanı terroru dəstəkləyən ölkələr siyahısından çıxarıb.

Aprelin 14-də prezident Barack Obama Kubanın son 6 ayda beynəlxalq terrorizmlə dəstək vermədiyini bildirmişdi.

Kuba İspaniyada ETA terror təşkilatına bağlı olan basklara və Kolumbiya üsyançılarına dəstək verdiyi üçün 1982-ci ildən terroru dəstəkləyən ölkələr siyahısına daxil edilmişdi.

Kubanın bu siyahıda olması iki ölkə arasında münasibətlərin normallaşması qarşısında əsas maneələrdən biri idi.

ABŞ-ın terrorizmi dəstəkləyən ölkələr siyahısında qalan ölkələr İran, Sudan və Suriyadır.

XS
SM
MD
LG