Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:54

Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsinin həcmi iki dəfə artacaq


Yaxın vaxtlarda Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsinin həcmi iki dəfə artacaq. Noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Moskvada keçirdiyi görüşdə iki ölkə arasında ötən il mal dövriyyəsinin həcminin 1 milyard dollar artdığını bildirib. Hazırda Azərbaycanda 350 Rusiya şirkəti fəaliyyət göstərir. Azərbaycanda Rusiya investisiyaları əsasən neft hasilatı və nəqli sahəsinə yönəldilib. Azərbaycan Rusiyadan buğda, qənd, şəkər çuğunduru, elektrik enerjisi, təbii qaz, meşə materialları alır. Rusiyaya meyvə-tərəvəz, neft-kimya məhsulları, çay, pambıq lifi ixrac edir.
XS
SM
MD
LG