Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21

Millət vəkili bir nazirlikdən 8 dəfə daha çox balansı olan Beynəlxalq Bankın hesabat verməsini istəyib.

"Bir nazirlikdən 8 dəfə daha çox balansı olan Beynəlxalq Bank hesabat versin"

Bu fikri mayın 29-da Milli Məclisin sonuncu yaz sessiyasında millət vəkili Zahid Oruc səsləndirib. O bildirib ki, səhmlərinin 51 faizi dövlətə məxsus olan bir bankın fəaliyyəti ilə bağlı məlumatlar hökumətin hesabatına daxil edilməlidir:

"Beynəlxalq Bankın sərəncamında 8 milyard manat vəsait var. Təsəvvür edin ki, bu İqtisadiyat və Sənaye Nazirliyinin balansında olan vəsaitdən 8 dəfə çoxdur. Bu nazirlik cəmi 1 milyard manatla sahibkarlarla və digər qurumlarla işləməyir, dövlət layihələrini icra edir".

DAHA 3 İŞADAMI HƏBS OLUNUB?

"Beynəlxalq Bank" işi ilə bağlı başlanılmış cinayət işi ürzə bir neçə nəfər həbs olunub. Bəzi işlərin istintaqı gedir. İstintaq bankdan götürülmüş 6 milyard ödənilməyən və ya gecikdirilmiş kreditlərlə bağlı aparılır.

Zahid Oruc parlamentdəki çıxışında xüsusi diqqəti beynəlxalq bankla bağlı aparılan istintaq işlərinə çəkib:

"Bu bank ətrafında məsələ, özəlliklə, "Bayraq Meydanı"nın keçmiş rəhbərinin həbsi ilə başladı. Bununla da həbslər davam edir. Dünən də daha 3 nəfərin həbs olunduğu bildirildi. Hər halda bunların bir daha təkrarlanmaması üçün bu bankla bağlı da hesabat verilməli və ya bank nümayəndələri çıxış etməldirlər".

BORCU QAYTARANLAR AZAD EDİLİR, BƏS QAYTARMAYANLAR?..

Martın 18-də Beynəlxalq Bankın idarə Heyətinin sədri Cahangir Hacıyev səhhəti ilə əlaqədar öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Bir müddət sonra Dövlət Bayraq Meydanı Kompleksinin rəhbəri Rəşad Məmmədov da işdən çıxarıldı. Sonradan onun sahib olduğu "Azimport" Şirkətinin Beynəlxalq Bankdan götürülmüş kreditlə bağlı barəsində külli miqdarda mənimsəmə maddəsi ilə cinayət işi başlandı. Rəşad Məmmədovun həbsi ilə başlayan cinayət işindən sonra eyni maddələrlə "PNN Qrupun" rəhbəri Nizami Piriyev, "Avesta Qrupun" rəhbəri İbrahim Nehrəmli, "Beynəlxalq Bank"ın Dubay filialının rəhbəri Adil Hüseynov, sabiq depuat Dünyamin Xəlilov və digərləri həbs olunub, ya da istintaqa çağırılıblar.

QƏTİMKANLARIN TƏXMİNİ SAYI NƏ DEMƏKDİR?

Dünən həbs olunanlardan biri - "PNN Qrupun" rəhbəri Nizami Pireyev azadlığa buraxılıb. Onun vəkili Kamandar Nəsibov deyir ki, hüquq mühafizə orqanları "Beynəlxalq Bank"dan onlara daxil olmuş bir siyahı üzrə istintaq aparır:

"Həmin siyahıda ancaq göstərilir ki, filan ildə filan şirkət, filan qədər kredit götürüb. Ola bilər ki, həmin siyahıda adı göstərilənlərin hansısa həmin vəsaiti məniməsəyib. Amma bunu hamıya aid etmək olmaz. Nizami Piriyevin götürdüyü kreditlər yoxlanıldı. Məlum oldu ki, o krediti Bakıda metanol zavodun inşasına yatırıb. Yoxlanıldı ki, həmin zavoddan normal işləyərsə, ilə 100-150 milyon manat gəlir götürmək mümkündür. N.Piriyev azadlığa buraxıldı".

Kamandar Nəsibov "Beynəlxalq Bank" işi ilə bağlı dəqiq 7-8 nəfərin, təxmini isə 20-30 nəfərin həbs edildiyini bildirir. Ümumilikdə bu işlə bağlı 200-ə qədər işin istinaqı aparıldığı bildirilir.

DİN və Baş Prokurorluq hələlik həbs olunanlarla bağlı hər hansı rəsmi açıqlama verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG