Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:36

Böyük Britaniyanın baş naziri David Cameron bildirib ki, FİFA prezidenti Sepp Blatter istefa verməlidir və bu nə qədət tez olsa, bir o qədər yaxşıdır.

Baş nazir mayın 29-da Berlində Almaniya kansleri Angela Merkellə görüşdə deyib ki, Blatterin 7 FİFA rəsmisinin həbsi fonunda bu təşkilatı təmizləyəcəyini düşünmək mənasızdır.

O qeyd edib ki, səsmimi desək biz bu gözəl oyunun eybəcər tərəfini gördük.

Mayın 29-da FİFA-nın Sürixdə keçirilən toplantısında təşkilata prezident seçilir.

Əsas mübarizənin indiki prezident Blatter və İordaniya kralı Ali bin Hussein arasında olacağı gözlənilir.

Blatter 4 dəfədir ki, dalbadal bu təşkilataın prezidenti seçilib.

Son illər onun ətrafında böyük korrupsiya qalmaqalı yaranıb.

Merkel bildirib ki, hansı namizədin qalib gəlməsindən aşlı olmayaraq FİFA-da yaranmış qalmaqal həll olunmalı və bu təşkilat korrupsiyadan uzaq olmalıdır.

Mayın 27-də 7 FİFA rəsmisi Sürixdə həbs olunub.

Onlar rüşəvətxorluq və pulyuma əməliyyatında ittiham olunurlar.

İsveçrə prokurorluğu 2018-ci il Rusiya və 2020-ci il Qətər çempionatları ilə bağlı cinayət işi açıb.

Məlumatlara görə bu ölkələr rüşvətlə seçilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG