Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:42

Kəndlilər susuzluğa görə baş naziri günahlandırır


Beş-altı il əvvəl su dərdi yox idi.
Beş-altı il əvvəl su dərdi yox idi.

-

Ermənistanda Apaqa kəndi tezliklə susuz qala bilər- kəndin su quyuları quruyur.

Kəndlilər buna görə ölkənin baş nazirini suçlayırlar, deyirlər ki, kəndin suyu baş nazir Hovik Abrahamian-a və onun qohumlarına məxsus olan balıq fermalarına axır.

Apaqalılar iddia edirlər ki, beş-altı il əvvələ qədər onların su dərdi yox idi, Sovet dövründən qalma artezian quyuları iki min evlik kəndi geninə-boluna su ilə təmin edirdi.

Amma indi quyular elə quruyub ki, bahalı elektrik nasosları da suyu çıxara bilmir.

Apaqa kəndi Ermənistanın cənubunda, Ararat vadisində yerləşir.

Kənd sakini Mushegh Hakobian AzadlıqRadiosuna deyir ki, Masis, Artaştat və Ararat balıq fermalarını sulamaq üçün yeni quyular qazılıb, bu da Apaqa kəndinə gələn suyu azaldıb.

Hovik Abrahamian
Hovik Abrahamian

Apaqa bir neçə ildir ki, su qıtlığından kəskin əziyyət çəkir. Sakinlər səbəbin baş nazirdən qaynaqlandığını əsas gətirərək hökumətə müraciətin faydasız olacağını düşünürlər.

Balıq fermalarının sahibi olan şirkətlərdən biri baş nazirin müavinin arvadı Julieta Abrahamian-a məxsusdur.

«ÖZ QUYULARIDIR, BAĞLAMAZLAR»

Bir il əvvəl baş nazirin qardaşı Henrik Abrahamian Mxçyanda qızı Meri-nin adına bir balıqçılıq şirkəti qeydiyyatdan keçirmişdi. Baxmayaraq ki, baş nazirin ailəsi özü bu ərazidə balıq fermaları açır, onun hökuməti Ararat vadisində su quyularının quruması, ərazidə ekoloji problemlərin olması barədə bəyanatlar verir.

Apaqa
Apaqa

Hökumət həmçinin balıq yemləmə məqsədilə Ararat və Armavir əyalətlərində quyuların qazılmasını qadağan edib.

Ermənistanın ekologiya naziri Aramayis Grigorian 2013-2014-cü illərdə Ararat əyalətinin qubernatoru, 2008-2009-cu illərdə isə kənd təsərrüfatı naziri olub. O deyir ki, onun rəhbərlik dövründən əvvəl baş verənlərə cavabdeh deyil.

Balıq fermaları üçün su quyularının tikilməsi barədə göstərişlərin çoxu Grigorian-dan əvvəl ekologiya naziri olmuş, hazırda Su Komitəsinin sədri Aram Harutiunian-ın dövründə verilib.

Apaqa sakinləri inanmırlar ki, hökumət onların şikayətini eşidəcək:

«Onlar yalan deyirlər. Bu, onların öz quyularıdır, bağlamazlar», - kənd sakini Vaghinak Haruniunian gileylənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG